Azərbaycan Premyer Liqasında 14 ildən sonra heç-heçə seriyası qeydə alınıb

Azərbaycan Premyer Liqasında 14 ildən sonra heç-heçə seriyası qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 14 ildən sonra heç-heçə seriyası qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümün XV turunun matçlarının heç-heçə nəticələnməsi ilə gerçəkləşib.

“Araz-Naxçıvan” – “Səbail” görüşü 1:1, “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə nəticələnib.

XIV turun son günündə də iki bərabərlik qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub.

Yalnız 14 il əvvəl - 2009-cu ilin dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” görüşləri qolsuz bitib.

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

"Qəbələ"nin baş məşqçisi: "Hərdən komanda şəklində oyundan qopuruq"

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
"Qarabağ"ın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Belçika çempionatında növbəti qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq