“Barselona” 18 ildir öz meydanında “Atletiko”ya uduzmur
İspaniyanın “Barselona” klubu 18 ildir öz meydanında “Atletiko”ya uduzmur.
“Report” xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XV turunda da Madrid təmsilçisi üzərində qələbə qazanıb.
“Atletiko”nun sabiq futbolçusu Joao Feliksin vurduğu yeganə qol sayəsində “Barselona” 1:0 hesablı qələbə ilə hesabına 3 xal yazdırıb.
“Barselona” bununla ardıcıl 24-cü ev matçında rəqibinə uduzmayıb. Bunun 23-ü “Nou Kamp”da, 1-i Olimpiya stadionunda reallaşıb. Düzdür, “Barselona” 2020-ci ildə İspaniya Superkubokunda 2:3 hesabı ilə məğlub olub. Lakin həmin qarşılaşma Səudiyyə Ərəbistanında keçirilib.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2006-cı ilin fevralında evdə “Atletiko”ya (1:3) uduzub.

https://qalaba.az//uploads/photo/barselona-18-ildir-oz-meydaninda-atletikoya-uduzmur.webp











