Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Oktyabrın 8-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib.

"QELEBE.AZ" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.

Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.
Yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub. 8 qrupda start götürəcək turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Oktyabrın 8-də Bakı Tennis Akademiyasında keçirilən açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov və millət vəkili, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev çıxış edərək turnir iştirakçılarına uğur arzulayıblar.

Turnirin açılış mərasimində “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, Azərbaycan milli komandasının futbolçuları Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Elvin Camalov, Azər Salahlı, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qonaq qismində iştirak ediblər.

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Futbol
Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Futbol
"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

"Kəpəz"in İdarə Heyətinin sədri: "Neqativ hal olub, dərhal aradan qaldırmışıq"

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib