AFFA sənədlərin saxtalaşdırılmasında iştirak edən məşqçini futboldan kənarlaşdırıb
AFFA U-13 Liqasında çıxış edən “Baku Sportinq” komandasının məşqçisi Şamil Məmmədov sənədlərin saxtalaşdırılmasında iştirak etdiyi üçün futboldan 12 aylıq kənarlaşdırılıb.
“Report” xəbər verir ki, AFFA İntizam Komitəsi mütəxəssisə cəzanın 6 ayını şərti olaraq tətbiq edib.
Cəzaya səbəb lisenziyası olmayan Əli Hüseynovun komandanın heyətində Roman Bayandurovun adından oyunlara çıxmasıdır.
O, konkret olaraq 9 oyunda mübarizə aparıb. Həmin qarşılaşmalarda “Baku Sportinq”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

https://qalaba.az//uploads/photo/affa-senedlerin-saxtalashdirilmasinda-ishtirak-eden-meshqchini-futboldan-kenarlashdirib.webp











