AFFA-nın vitse-prezidenti: “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq”

AFFA-nın vitse-prezidenti: “Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq”

“Qarabağ” Avropa Liqasında pley-offa çıxmaqla yeni tarix yazacaq və azarkeşləri sevindirəcək. Buna ümidimiz böyükdür”.

Bunu “Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveçin “Hakken” klubuna qarşı keçirəcəyi son oyunla bağlı danışarkən deyib.

64 yaşlı mütəxəssis Azərbaycan çempionunun doğma meydan amilindən yararlanaraq, qələbə qazanacağına inanır: “Qarabağ”ın layiq olduğu yeri tutması üçün ən yaxşı oyunlarından birini keçirəcəyini düşünürəm. Hər şey təmsilçimizin öz əlindədir. “Molde”nin son matçını izləməyəcəyik. “Qarabağ” növbəti mərhələyə qadir və layiqdir”.

Vaqif Sadıqov bəzi amillərin mümkün təsirindən də bəhs edib. Onun fikrincə, Ağdam təmsilçisi psixoloji cəhətdən çətin görünən sınaqdan üzüağ çıxacaq: “Kənardan rahat görünə bilər. Ancaq son oyun psixoloji cəhətdən hərtərəfli çətin olacaq. Bir neçə amil var ki, onların müsbət və ya mənfi təsiri ola bilər. Məsələn, rəqib bura heç bir iddiası olmadan, rahat gəlir. Digər tərəfdən, bütün Azərbaycanın gözləntisi qələbədir. Yenə də “Qarabağ” bütün bunlara tam hazır olacaq. Bu komanda azarkeşlərin də dəstəyi ilə istəyinə nail olacaq təcrübəyə malikdir”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb