“Xəzri”nin baş məşqçisi: “Çempion olmaq istəyiriksə, diqqətli olmalıyıq”

“Xəzri”nin baş məşqçisi: “Çempion olmaq istəyiriksə, diqqətli olmalıyıq”

“Çempion olmaq istəyiriksə, bütün məqamlarda diqqətli olmalıyıq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis “Sərhədçi”ni 117:100 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının VIII turunun oyunu barədə klubun mətbuat xidmətinə fikirlərini bildirib.

O, ilk hissədə oyuna yaxşı qoşulmadıqlarını etiraf edib: “Ən böyük özəlliyimiz matçlara yaxşı başlamaqdır. Amma son 2-3 görüşdür ki, ilk dəqiqələrdən motivasiyamız əskik olur. Səbibini özüm də tapa bilməmişəm. Üçüncü və dördüncü periodda fərqli oynadıq. Rəqiblərə hörmətlə yanaşıram. Amma 40 dəqiqə zona müdafiəsi oynayan komandaya qarşı çıxış etmək basketbolun gözəlliyi deyil. Ötən oyunda da belə olmuşdu, bu dəfə də eyni formada alındı. Doğrudur, basketbolda hansısa taktika düşünülməlidir. Amma zona müdafiəsini uzun müddət tətbiq etmək olmaz. Belədə basketbol azarkeş üçün zövqverici olmur. Hər halda, bunların hamısı basketbolun bir parçasıdır, hər şeyə hazır olmalıyıq. Nəticədə ardıcıl dördüncü, liqada isə yeddinci qələbəni qazandıq. “Sabah”la qarşıdakı matça daha yaxşı hazırlaşacağıq”.

Baş məşqçi oyunçularından razı qalmadığını söyləyib: “Bu oyuna qədər çempionatda rəqibə ən az atış şansı verən komanda idik. Amma “Sərhədçi” ilə matçda rəqibin çox xal qazanması bizə yaraşmadı. Oyunçularımı məhz bu məqamla bağlı ayrıca tənqid edirəm”.

Murat Dikmen yeni transferləri də dəyərləndirib: “Onlar bazar ertəsi bir saatlıq məşqə çıxdılar. Dünən isə taktiki məşqlərə qatıldılar. Bu mənada hələ ki komandanın ümumi fəlsəfəsini çox bilmirlər. Amma Aubri çox yaxşı müdafiəçidir. Qısa müddətdə üç dəfə top “oğurladı”. Makol isə qüvvətsiz kimi görünsə də, atletikdir. Ondan da çox faydalanacağıq. Onların zamana ehtiyacı var. Bundan sonra liqanı ilk “dördlük”də bitirib, daha sonra pley-offa çıxaraq finalda oynamaq və çempion olmaq istəyirik. İlk gündən bunu deyirəm. Ümidvaram ki, bunu bacaracağıq”.

Qeyd edək ki, “Xəzri” 8 turdan sonra 15 xalla Azərbaycan Basketbol Liqasına başçılıq edir.

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb