Azərbaycan millisinin debütantı: “Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”

Azərbaycan millisinin debütantı: “Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”

“Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin futzalçısı Emil Həsənzadə Rumıniya və Niderlanda qarşı keçiriləcək DÇ-2024-ün elit mərhələ oyunları ilə bağlı danışarkən deyib.

Gənc oyunçu ən yaxşı ikincilər sırasında yer almaq üçün digər qruplardakı komandaların büdrəyəcəyinə ümid edir: “Millinin əsasını yerlilər təşkil edirlər. Öz aramızda danışdıq, məqsəd son iki matçda qələbə qazanmaqdır. Ümid edirəm ki, digər komandalar da büdrəyərlər və final mərhələsinə vəsiqə qazanarıq”.

Yığmanın debütantı hazırda uyğunlaşma dönəmi keçdiyini söyləyib: “Millidə ümumi ab-hava çox gözəldir. Baş məşqçimiz Vitali Borisov xüsusən də gənclərə çox dəstək verir. Klubla müqayisədə millidə daha böyük məsuliyyət daşıyırsan. Çünki insanların qarşısında ölkəni təmsil edirsən. Düzdür, yeni olduğum üçün uyğunlaşmaqda bir az çətinlik çəkirəm. Başqa klublardan gələnlər də var. Ancaq baş məşqçinin də köməyi ilə bunu yoluna qoyuram”.

O, yığma ilə bağlı gələcək hədəflərindən də bəhs edib: “Hər kəs kimi, mən də gələcəkdə millinin aparıcı üzvlərindən biri olmaq arzusundayam. Vitali Borisov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev kimi sabiq futzalçıları özümə nümunə götürürəm. Onlar kimi olmaq istəyirəm”.

“Araz-Naxçıvan”ın oyunçusu Azərbaycan Yüksək Liqasında çempion olmaq istədiklərini sözlərinə əlavə edib: “Bu mövsümlə bağlı əsas hədəf çempion olmaq, Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Birinci dövrənin bir neçə görüşündə xal itirsək də, məqsədimiz dəyişmir. “Baku Fire” və “Neftçi” bu yolda əsas rəqiblərimizdir. Onlar digərləri ilə müqayisədə bizə daha çox başağrı ola bilərlər”.

Qeyd edək ki, bu gün Bakı İdman Sarayında Rumıniyanı qəbul edəcək Azərbaycan millisi dekabrın 20-də Niderlandın qonağı olacaq. Yığmamız hazırda 3 xalla A qrupunda sonuncu pilləni tutur.

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Futbol
Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Qərb derbisini qazanan "Turan Tovuz" 4-cü pilləyə yüksəlib

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb

“Sabah” klubu Murad Musayevlə müqaviləni uzadıb