Azərbaycan millisinin sabiq futbolçusu: “Həyatımın unudulmaz günlərindən birini yaşayıram”

Azərbaycan millisinin sabiq futbolçusu: “Həyatımın unudulmaz günlərindən birini yaşayıram”

“Həyatımın unudulmaz günlərindən birini yaşayıram”.

Bunu “QELEBE.AZ”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu üçün həmin şəhərə yollanması ilə bağlı danışarkən deyib.

Bu il karyerasını başa vuran 36 yaşlı müdafiəçi fərqli hisslər keçirdiyini bildirib: “Buna görə cənab Prezidentə, ordumuza təşəkkürümü bildirirəm. Ağdamın girişindən etibarən qeyri-adi hisslər yaşamağa başlamışam. Xankəndinin içində küçələri, evləri görəndə sözlə ifadə edə bilməyəcəyim hisslər yaşadım. Burada olduğum üçün çox xoşbəxdəm. İnanıram ki, buralar tam hazır olandan sonra insanlar tez-tez gələcəklər”.

R.Abışov “Qarabağ”ı matçın favoriti adlandırıb: “Bu gün futbol ikinci plandadır. Əsas insanların buradakı ab-havanı hiss etmələridir. Bir tərəfdə “Qarabağ”ımız, digər tərəfdə isə ordu klubudur. Məncə, “Qarabağ” asanlıqla qalib gələcək. Ancaq böyükhesablı qələbə gözləmirəm. Əsas odur ki, insanlar bu gün burada olanlardan həzz alacaqlar”.

Qeyd edək ki, bu gün Xankəndi şəhər stadionunda keçiriləcək “Qarabağ” – MOİK oyunu saat 14:00-da başlayacaq.

Futbol
Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Samir Abasov: "Komandamın əziyyətinə kölgə salmaq istəmirəm"

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
"Qalatasaray" tanınmış hücumçunu transfer edib

"Qalatasaray" tanınmış hücumçunu transfer edib

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq