Azərbaycan Voleybol Federasiyası illik hesabat verəcək, millinin baş məşqçisi təqdim ediləcək
Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
AVF-dən "QELEBE.AZ"a verilən məlumata görə, dekabrın 27-də saat 09:00-da "Excelsior Otel"də təşkil olunacaq konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və media nümayəndələri iştirak edəcəklər.
Mətbuat konfransının gündəliyinə, milli komandanın baş məşqçisinin təqdimatı və 2023-cü ilin hesabatı daxildir.

https://qalaba.az//uploads/photo/azerbaycan-voleybol-federasiyasi-illik-hesabat-verecek-millinin-bash-meshqchisi-teqdim-edilecek.webp











