Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatının açılış mərasimi keçirilib

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatının açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan tədbirdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlər, eləcə də gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin Azərbaycan idmanına töhfələrini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən Fərid Qayıbov təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: "Ölkəmiz üçün çox uğurlu il oldu. İdmanda kifayət qədər uğurlarımız, yeniliklərimiz oldu. Taekvondo üzrə dünya çempionatı ölkəmizdə təşkil edildi. Bununla yanaşı, idmançılarımız da bizi sevinirdilər. Artıq bir taekvondoçumuz olimpiadaya lisenziya qazanıb. Bütün bu uğurlar dövlətin dəstəyi ilə əldə edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Xankəndidə Azərbaycan Kubokunun oyunu zamanı idmançılarla görüşdü. İdmançılarımızı 2024-cü ildə də böyük turnirlər gözləyir. Onlara bu yarışlarda uğurlar arzulayıram".

Daha sonra söz Kəmaləddin Heydərova verilib. Federasiya prezidenti idmançılara çempionatda uğurlar arzulayıb: "Videoçarxdan gördüyünüz kimi, Ulu Öndər Azərbaycanda bütün idman növlərinə hər zaman böyük qayğı göstərib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə də Azərbaycan idmanında olan inkişaf göz qabağındadır. Azərbaycan taekvondoçuları son illər böyük nailiyyətlər qazanıblar. Çox sevindirici haldır ki, olimpiadaya dörd mümkün lisenziyadan birini artıq qazanmışıq. Əmin ola bilərsiniz ki, taekvondoçular Azərbaycanın idman sahəsində nüfuzunu həmişə yüksəklərdə tutacaqlar. Qalib ölkənin idmançıları da Azərbaycanın idman nüfuzunu yüksəltmək üçün daim çalışmalıdırlar".

Çempionata həsr olunan videoçarx təqdim olunduqdan sonra yeni yaradılan taekvondoçulardan ibarət nümunəvi çıxışlar komandası maraqlı hərəkətlərlə alqış qazanıblar.

Qeyd edək ki, ötən gün yeniyetmələrin mübarizəsinə yekun vurulub. Çempionat dekabrın 28-də başa çatacaq.

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Azərbaycan Badminton Federasiyası daha bir tarixi uğura imza atıb

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb