Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da yer alan idmançı Avstriyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.

14:06

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.

12:56

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.

09:12

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/32 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.

Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/16 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Meksikalı boksçu döyüşdə aldığı xəsarətə görə bir ildən sonra vəfat edib

Fərdi
Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərid Qayıbov: “İslahatlar düşünülmüş şəkildə olmalı, işlər pillə-pillə qurulmalıdır” – MÜSAHİBƏ

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

ACF-in baş katibi: "Dünya çempionatında hər çəkidə medal gözləyirik"

Fərdi
Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

Fərdi
Elçin Əsədov:  "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Elçin Əsədov: "Bu, uğursuzluq yox, bəxtsizlikdir"

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib