Məşhur robot yarışması Azərbaycanda keçiriləcək

Məşhur robot yarışması Azərbaycanda keçiriləcək

Dünyanın ən böyük robot yarışı "İnternational Robotex" "Global Olympic Center"in təşkilatçılığı, Avropa İttifaqının dəstəyi ilə ilk dəfə Azərbaycanda keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, məktəbəqədər yaşdan etibarən ali məktəblərdə təhsil alan tələbələrə qədər hər kəs öz bilik və bacarığını bu yarışda nümayiş etdirə biləcək.

İlk dəfə Azərbaycanda təşkil olunacaq Robotex yarışında iştirakçılar 2 əsas, 19 alt kateqoriyada yarışacaqlar.

İştirakçılar öz robotlarını yarışdırmaqla yanaşı, həm də startaplarını da təqdim etməyə şans qazanacaqlar. Bu yolla onlar dünyanın ən məşhur sahibkarları, mühəndisləri, investorları ilə tanış olacaqlar.

Yarışın seçim turu bir sıra ölkələrin iştirakı ilə mart ayının 2-3-ü tarixlərində Azərbaycanda keçiriləcək. Seçim turunda qalib olan komandalar 20-21 aprel tarixlərində Antalyada təşkil olunacaq yarımfinalda iştirak hüququ qazanacaq. Bu turda uğur qazanan komandalar isə 15-19 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallində ölkəmizi təmsil edəcəklər.

Azərbaycanda təşkil olunacaq mərhələdə 19 kateqoriya üzrə ən yaxşı 3 komanda müfakatlandırılacaq, eyni zamanda münsif heyəti tərəfindən xüsusi seçilən bir komanda da öz kateqoriyasında yarımfinala yüksəlmiş olacaq.

2001-ci ildən təşkil olunan bu nüfuzlu tədbirin final mərhələsində hər il hər qitədən minlərlə robotika mühəndisləri, peşəkarları və həvəskarları eyni dam altında toplanır, global bilik və təcrübə mübadiləsi edilir. Məktəbəqədər yaşdan etibarən ali məktəbdə təhsil alan 4-cü kurs tələbələrinədək hər kəs "İnternational Robetex"də iştirak edə bilər.

Son qeydiyyat tarixi 20 yanvar 2024-cü ildir.

Qeyd edək ki, Beynəlxalq Robotex Yarışının məqsədi XXI əsrin çətinliklərinə qarşı çıxmaq üçün gənc nəsillər yalnız elm və texnologiya ilə maraqlanmamalı, həm də bu sahələrdə təcrübə qazanmağı öyrətmək, həmçinin robotexnika, süni intellekt və avtomatlaşdırmanın getdikcə daha mühüm rol oynadığı dünyamızda uşaqları və gəncləri bu məsələlərlə bağlı məlumatlandırmaq, onların istedadlarını üzə çıxarmaq, potensiallarını ən yüksək səviyyədə istifadə etmək imkanı yaratmaqdır.

Robotex iştirakçılara şəbəkələşmə, beynəlxalq inkişaf, akademik səviyyədə yüksəliş qazandırır. Bu festivalın məqsədi yalnız yarışmaq və ya öyrənmək deyil; həm də iştirakçıları sənaye liderləri ilə, mühəndislərlə, idarəçilərlə, tələbələrlə və şagirdlərlə birləşdirən geniş kommunikasiya şəbəkəsi yaratmaqdır.

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Dünya çempionatı: İlham Zəkiyev gümüş medala sahib olub

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Gənclər və İdman Nazirliyi Şağanda qətlə yetirilən idmançının ailəsinə başsağlığı ünvanlayıb

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar