Nazim Əliyev: "Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb, hazırda onlara güvən də yoxdur"

Nazim Əliyev: "Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb, hazırda onlara güvən də yoxdur"

"Çempionatımızda yerli hücumçularla bağlı qıtlıq yaranıb, hazırda onlara güvən də yoxdur".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Nazim Əliyev Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk yarısında bombardirlik yarışında yerli forvardların olmamasına münasibət bildirərkən deyib.

183 qolla ölkə çempionatlarının tarixinə düşən 60 yaşlı keçmiş oyunçu klublarda əcnəbi hücumçuların çoxluq təşkil etdiyini bildirib: "Xarici komandalarda futbolçular transfer edəndə ilk növbədə ön xəttə nəzər yetirirlər. Sonra digər mövqelərə baxırlar. Burada əsas güc legionerlərin üzərinə düşür. Amma belə olmamalıdır. Premyer Liqadakı məşqçilər yerli hücumçulara da şans verməlidirlər. Digər mövqelərdə olduğu kimi, buna da nəzər yetirməliyik".

Əliyev ötən mövsümün bombardirləri - Ramil Şeydayev və Musa Qurbanlının hazırda ölkə xaricində çıxış etdiklərini və təcrübələrini artırdıqlarını söyləyib. O, bunun milli komandamız üçün yaxşı olduğunu vurğulayıb.

Azərbaycan çempionatları tarixinin ən sərrast forvardı "hazırda Premyer Liqada hansı yerli hücumçunu fərqləndirərdiniz" sualına isə bu cür cavab verib: "Məncə, indi kimsə yoxdur. Amma "Neftçi"də Rəhman Hacıyevi xüsusi qeyd edərdim. Hücumçu olmasa da, hər matçda ona şans verərdim. Meydana çıxır, qollarını vurur, komandasının qələbələrində pay sahibi olur".

Qeyd edək ki, "Qarabağ"ın braziliyalı oyunçusu Olavio Juninyo 13 qolla Azərbaycan Premyer Liqasında bombardirlərin siyahısına başçılıq edir. "Səbail"dən Aleksandr Ramalinqom (7 qol) ikinci, Yassin Benzia, Hamidu Keyta, Leandro Andrade (hamısı "Qarabağ"), Otto Con ("Turan Tovuz") 6 qolla növbəti sıralarda yer alıblar.

Futbol
Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib