Paytaxt klubunun baş məşqçisi: "İki oyunçumuzun milliyə dəvət alması sevindiricidir"

Paytaxt klubunun baş məşqçisi: "İki oyunçumuzun milliyə dəvət alması sevindiricidir"

"Sevindirici məqamlardan biri iki oyunçumuzun Azərbaycan millisinə dəvət alması, Rumıniya və Niderlanda qarşı görüşlərdə iştirak etməsi oldu. Çalışacağıq ki, bu göstərici tədricən artsın".

"QELEBE.AZ" xəbər verir ki, bunu futzal üzrə Yüksək Liqada iştirak edən "Baku Fire" komandasının baş məşqçisi Teymur Eyvazov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis 2023/2024 mövsümünün ilk yarısı başa çatsa da, komandasının istirahətə yollanmadığını bildirib: "Oyunlar olmasa da, hazırda məşqlərimizi davam etdiririk. Futzalçılarımızın formada qalması üçün həftədə 4 dəfə zalda məşqlər keçirik. Arxada qalan 9 oyunda axsadığımız məqamları gördük. Fasilədən sonraya daha hazırlıqlı olmağı planlaşdırırıq və bu səbəbdən yanvarın ilk günlərindən başlayaraq Bakıda təlim-məşq toplanışımız olacaq. Komandada əhval-ruhiyyə yüksəkdir, bunu məşqlər zamanı verilən tapşırıqların necə həvəslə yerinə yetirilməsindən də görürük".

Eyvazov əsas rəqiblərindən bir oyun az keçirdiklərini xatırladıb: "Həmin matçda qələbə qazanıb çempionatın qalan görüşlərini də yüksək səviyyədə keçirmək, bu mövsümü arzu etdiyimiz və layiq olduğumuz yerdə tamamlamaq istəyirik. Heyətimizi də gücləndirməyə çalışacağıq. Mümkün variantları nəzərdən keçirəcəyik, alınsa, transferlər edəcəyik”.

Qeyd edək ki, "Baku Fire" Yüksək Liqada 18 xalla üçüncü pillədə qərarlaşıb. Komanda ötən mövsüm çempionatda bürünc medal qazanmaqla yanaşı, həm də Azərbaycan Kubokunun qalibi olub.

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

Futbol
DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

DÇ-2022 ərəfəsində Fransada Qətər millisini terrorçu kimi təsvir edən karikatura dərc olunub

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Azərbaycan çempionatında qırmızı vərəqələrin sayında antirekord qeydə alınıb

Futbol
Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Musa Qurbanlı Azərbaycan çempionatlarında 38-ci pokerin müəllifi olub

Futbol
Lionel Messi ilin idmançısı seçilib

Lionel Messi ilin idmançısı seçilib

Futbol
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

Futbol
Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək