"Neftçi"nin rusiyalı legioneri: "Miodraq Bojoviçin baş məşqçi təyin olunmasına görə şadam"

"Neftçi"nin rusiyalı legioneri: "Miodraq Bojoviçin baş məşqçi təyin olunmasına görə şadam"

"Çox şadam ki, komandamızda belə bir mütəxəssis işləyəcək".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Reziuan Mirzov komandanın yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi onun Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini xatırladıb: "Haradasa 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqqında yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır".

Rusiyalı oyunçu Bojoviçlə işləməsə də, bir-birilərini tanıdıqlarını söyləyib: "Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik".

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2