Azərbaycan millisinin futzalçıları karyeralarını minifutbol çempionatında davam etdirəcəklər

Azərbaycan millisinin futzalçıları karyeralarını minifutbol çempionatında davam etdirəcəklər

Azərbaycan millisinin futzalçıları Xətai Bağırov və İsa Atayev karyeralarını minifutbol çempionatında davam etdirəcəklər.

Bu barədə “Report”a açıqlamasında Xətai Bağırov məlumat verib.

O bildirib ki, Belçikanın “Beşiktaş Gent” futzal klubu ilə anlaşmalarına baxmayaraq, həmin komandaya keçidləri yubanacaq. Buna səbəb Belçikada yaşamaq icazəsi ilə bağlı viza müraciətlərinə hələ cavab gəlməməsidir.

X.Bağırov əlavə edib ki, o, minifutbol üzrə Azərbaycan çempionatında “İnter”də, İ.Atayev isə “Zirə”də çıxış edəcək: “Ötən il bir illik oturum izni almışdıq. Bu dəfə avtomatik olaraq 3 illik icazə verilməlidir. Çünki ötən müddət ərzində heç bir problem yaratmamışıq. Ancaq oturum izni ilə bağlı cavab bir aydan altı aya kimi verilir. Həmin vizanı alana qədər isə minifutbol çempionatında oynayacağıq”.

Xətai Bağırov bundan sonra “İnter”də oynayan məşqçi kimi fəaliyyət göstərəcəyini, viza ilə bağlı cavab gecikərsə, ikinci dövrəni “Zirə”də keçirəcəyini söyləyib. İsa Atayev isə “Zirə”də oynayacaq: “İstənilən halda birinci dövrədən sonra “İnter”in baş məşqçi postundan ayrılacağam. Həmin vaxta qədər viza verilsə, Belçikaya gedəcəyəm. Alınmasa, ikinci dövrəni “Zirə”nin heyətində keçirəcəyəm”.

36 yaşlı oyunçu “Araz-Naxçıvan” futzal klubundan ayrılmalarına da aydınlıq gətirib: “Oturum izni ilə bağlı cavab hər an gələ bilər. Cavab çıxan kimi də Belçikaya gedəcəyik. Amma “Araz-Naxçıvan”da qalsaydıq, bunu edə bilməyəcəkdik. Çünki “Araz-Naxçıvan”la müqavilə bağlamalı olacaqdıq və oturum izni çıxsaydı belə, sözləşmə müddətinin bitməsini gözləməli olacaqdıq”.

Qeyd edək ki, hər iki futzalçı “Beşiktaş Gent”lə 1+1 illik müqaviləni razılaşdırıb.

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

“Mançester Yunayted” Ronaldonu 720 min avro cərimələyəcək

Futbol
FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb

Futbol
“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”

“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”

Futbol
MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qalib gəlməliyik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qalib gəlməliyik"

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb