Naxçıvanda beynəlxalq şahmat turnirinə start verilib

Naxçıvanda beynəlxalq şahmat turnirinə start verilib

Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq turnirə start verilib.

“Report” xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov yarışla bağlı təəssüratlarını bölüşüb, iştirakçılara uğurlar arzulayıblar. Məcid Seyidov əlavə edib ki, muxtariyyətin 100 illiyi münasibətilə il ərzində müxtəlif turnirlərin, tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Ardından yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Fikrət Sideifzadə ölkənin nüfuzlu şahmat regionu olan Naxçıvana növbəti səfərindən məmnunluğunu ifadə edib, reqlamentlə bağlı məlumatları diqqətə çatdırıb.

Məcid Seyidov və Ovni Muradov turnirin rəmzi ilk gedişini etdikdən sonra görüşlərə start verilib.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə 63 şahmatçı qatılıb. Yarışda qadın qrossmeyster Zeynəb Məmmədyarova, Fariz Əhmədov, Türkiyədən Efe Kul Özdəmir, Bakı və Naxçıvanın müxtəlif regionlarından şahmatçılar iştirak edirlər.

Qeyd edək ki, yanvarın 15-də yekunlaşacaq turnirdə ilk üç yerin sahiblərinə və müxtəlif nominasiyaların qaliblərinə diplom, pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Fərdi
Lənkəranda stolüstü tennis yarışı keçirilib

Lənkəranda stolüstü tennis yarışı keçirilib

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Rəşad Nəbiyev Avropa çempionatında medal qazanan cüdoçularla görüşüb

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb