“Turan Tovuz” klubunun rəsmisi: “Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”

“Turan Tovuz” klubunun rəsmisi: “Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”

“Stadionun işıq dirəyi iki aya hazır olmalıdır”.

Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Babakişiyev Tovuz şəhər stadionunda aşan işıq dirəyinin bərpa olunma tarixi ilə bağlı danışarkən deyib.

Klub rəsmisi bildirib ki, rəhbərlik hazırda bu iş üçün səfərbər olub: “Layihə yekunlaşmaq üzrədir. Hazır olandan sonra ekspertizaya müraciət olunacaq ki, layihəmiz budur. Ondan sonra işə başlayacağıq. Yəqin ki, qarşdakı bir neçə ev matçını günorta saatlarında keçirəcəyik. Bu işi növbəti mövsümə saxlamayacağıq”.

Əli Babakişiyev dirəyin aşma səbəbini də açıqlayıb: “Aidiyyəti qurumlar tərəfindən projektora baxıldı. Dirəklər zavod məhsuludur. Ekspertizanın rəyi düşündüyümüz kimi təbii fəlakət oldu. Çünki quraşdırılmada heç bir problem yaranmamışdı. Yəni səbəb sırf təbii fəlakətdir”.

O, arenanın digər işıq dirəkləri ilə bağlı heç bir narahatlığın olmadığını sözlərinə əlavə edib: “Onlarla bağlı təhlükə yoxdur. Uçan dirəklə paralel dirək montaj olunacaq. Digər dirəklərlə bağlı tam rəyi isə ekspertiza verəcək”.

Qeyd edək ki, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Futbol
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

Futbol
"Tottenhem" Konte ilə uzunmüddətli müqavilə imzalamaq istəyir

"Tottenhem" Konte ilə uzunmüddətli müqavilə imzalamaq istəyir

Futbol
Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
FIFA Messi ilə bağlı paylaşımı silib

FIFA Messi ilə bağlı paylaşımı silib

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Futbol
Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Futbol
Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Tərlan Əhmədov: "Qələbəyə hava-su kimi ehtiyacımız var idi"

Futbol
Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

Futbol
Azərbaycan klubunun Çempionlar Liqasındakı oyunlarının hakim təyinatları açıqlanıb

Azərbaycan klubunun Çempionlar Liqasındakı oyunlarının hakim təyinatları açıqlanıb