Azərbaycan millisinin futbolçusu: "Çətinliklərə öyrəşmişəm, öhdəsindən gələ bilirəm"

Azərbaycan millisinin futbolçusu: "Çətinliklərə öyrəşmişəm, öhdəsindən gələ bilirəm"

"Çətinliklərə öyrəşmiş insanam. Düşünürəm ki, bunların da öhdəsindən gələ bilirəm".

Bunu "QELEBE.AZ"a açıqlamasında Rusiyanın "Krasnodar" klubunun Səudiyyə Ərəbistanı təmsilçisi "İstern Fleymz"ə icarəyə verdiyi Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.

29 yaşlı hücumçu bu ölkədə ilk günlərinin çox çətin keçdiyini bildirib: "Çünki üç ildən çoxdur ki, "Krasnodar"da çıxış etmişəm. Buraya icarə əsasında gəlmişəm. Ölkəni, havanı dəyişmişəm. Bu səbəbdən çətin oldu. Səudiyyə Ərəbistanında ilk günlər havanı hiss edə bilmirdim. Bakıda və Rusiyada soyuq hava şəraiti daha çox olur. Hətta Rusiyada şaxta daha çoxdur. Amma burada hazırda 20-25 dərəcə isti var. Son günlər bütün bunlara alışdığımı hiss edirəm. Hazırda olduğum durumdan razıyam. Buraya gəlmək qərarını da özüm vermişəm. Təbii ki, bir il ərzində baxacağam. Hələlik burada qalmaq ehtimalını görmürəm. Amma bunu da zaman göstərəcək. Hər şey ola bilər. Digər halda isə öz klubuma qayıdacağam. İndidən proqnoz vermək mənim üçün çətindir".

Cəfərzadə Səudiyyə Ərəbistanı çempionatının yeni inkişaf etdiyini söyləyib: "Bu həm kişi, həm də qadın futboluna aiddir. Bildiyiniz kimi, ulduz oyunçular cəlb edirlər. Yatırımlar var, diqqət ayrılıb. Bir neçə ildən sonra liqaların səviyyəsini digər ölkələrə çatdırmaq istəyirlər. Amma bunun üçün çox zaman lazımdır. Burada yerli oyunçuların gücündən də çox şey asılıdır".

Yığmanın kapitanı klub üzvlərinin, komanda yoldaşlarının onu çox yaxşı qarşıladıqlarını sözlərinə əlavə edib: "Bu da uyğunlaşma dövründə çox vacibdir. Hələlik hər şey yaxşıdır. Bir neçə aydan sonra daha əmin olacağam ki, buraya gələndə nələr qazandım və nələri əldən verdim. Səbirli olub öz üzərimdə çalışmalıyam. İngilis dilini təkmilləşdirmək niyyətindəyəm. Bu çempionatı seçməkdə məqsədlərimdən biri də dili öyrənməkdir. "Krasnodar" çox yaxşı klubdur. Orada olan peşəkarlıq, oyunçular üçün yaradılmış şərait hər futbolçunun arzusudur. Düşünürəm ki, bu arzulara çatmış insanam. Müqavilə ilə Rusiya klubuna məxsusam. Bütün bunlar bu gün üçün fikirlərimdir. Sabah və ya beş aydan sonra hər şey dəyişə bilər. Buraya gələcəyimi daha əvvəl düşünmürdüm, artıq Səudiyyə Ərəbistanındayam. Bəzən planlar da dəyişir".

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Avropa Liqası: "Qarabağ"ın növbəti rəqibi uduzub

Futbol
Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq