Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı keçiriləcək
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək.
Azərbaycan Atketika Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.
Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Yakutiya) atletlər güclərini sınayacaqlar.
Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

https://qalaba.az//uploads/photo/bakida-lisenziya-xarakterli-beynelxalq-atletika-yarishi-kechirilecek.webp











