Veteran futbolçu: “Qarabağ” Premyer Liqanın bütün iştirakçılarından ikiqat güclüdür”

Veteran futbolçu: “Qarabağ” Premyer Liqanın bütün iştirakçılarından ikiqat güclüdür”

"Kubok oyununun nəticəsi göstərdi ki, “Qarabağ” təkcə “Sabah”dan yox, Premyer Liqanın bütün iştirakçılarından ikiqat güclüdür”.

Bunu “Report”a açıqlamasında veteran futbolçu, “Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadə deyib.

AFFA-nın texniki direktoru Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşlərini dəyərləndirib. O, üç cütdə qalibin cavab matçında müəyyənləşəcəyini bildirib: “Oyunlar müxtəlif səmtdə cərəyan etdi. Bütün komandalar meydana əsas heyətlə çıxmışdılar. “Sabah” – “Qarabağ” görüşü istisna olmaqla, digər 3 qarşılaşma nisbi bərabərlik şəraitində keçdi. Bunu həm oyun, həm də nəticələr deyir. Matçların gedişində üstünlük bir komandadan digərinə keçirdi ki, bu da kubok oyunlarına xas amildir”.

C.Həsənzadə “Qarabağ”ın “Sabah”ı səfərdə 7:1 hesabı ilə məğlub etməsinin səbəbini bakılıların risk etmələrində görür: “Cütün taleyi, demək olar ki, həll edilib. Amma bu o demək deyil ki, “Qarabağ” kubokun qalibi olacaq. Çünki final bir oyundan ibarətdir. Həlledici görüşdə isə fiziki və psixoloji hazırlığı daha yüksək olan tərəf qalib gəlir. “Sabah” “Qarabağ”la matçın gedişində nələrisə dəyişməyə çalışdı. Bakılılar buraxılan qolların əvəzini çıxmaq istədilər. Lakin “Qarabağ” əks həmlələr zamanı daha keyfiyyətli və dəqiq oynadı. Fikrimcə, hesab arasındakı fərqin böyük olması da bundan qaynaqlandı”.

Mütəxəssis əlavə edib ki, “Zirə”nin “Səbail”i (2:1), “Neftçi”nin isə “Sumqayıt”ı (3:2) səfərdə minimal fərqlə üstələmələri intriqanı cavab qarşılaşmasına daşıyıb: “Sumqayıt” 3 top fərqi ilə geri düşməsinə baxmayaraq, mübarizədən qopmadı və intriqanı cavab görüşünə saxladı. Fikrimcə, bir həftə sonra gerçəkləşəcək qarşılaşmada “Sumqayıt” “Neftçi”yə belə rahat qol imkanları yaratmaq şansı verməyəcək. Bu cütlüklə yanaşı, “Səbail” – “Zirə” duelinin qalibi də hələ məlum deyil. “Zirə”, nəhayət ki, qol həsrətinə son qoydu və layiqli qələbə qazandı. Lakin hesab arasındakı fərq minimumdur. Cütün qalibi cavab oyununda bəlli olacaq”.

“Qəbələ”nin keçmiş qolkiperi “qırmızı-qaralar”ın “Araz-Naxçıvan”la səfərdə 1:1 hesablı bərabərə qalmalarına da toxunub: “Qəbələ”nin qələbəsiz oyunlar seriyası “Araz-Naxçıvan”la görüşdə də davam etdi. Çempionatdakı mövqelərini nəzərə alsaq, “qırmızı-qaralar”ın psixoloji gərginlik yaşadıqlarını demək olar. Bu da matçlar zamanı özünü göstərir. Yaxşı oyun nümayiş etdirsələr də, uğurlu nəticə qazana bilmirlər. “Araz-Naxçıvan” isə müdafiə xəttini yaxşı qurmağı bacaran kollektivdir. Bu heç-heçə onlara daha çox üstünlük verəcək”.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Futbol
Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Niderland millisinin futbolçusu DÇ-2022-ni buraxacaq

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

"Qarabağ" 9-cu dəfə qış çempionu olmaqla "Neftçi"yə çatıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Futbol
A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

A Seriyası: "Yuventus" "Bolonya"nı məğlub edib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə II turun oyunları keçiriləcək

Futbol
“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib

Futbol
Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub