“Qəbələ”nin futbolçusu: “Ölkə kubokunda üstün tərəf bizik”

“Qəbələ”nin futbolçusu: “Ölkə kubokunda üstün tərəf bizik”

“Ölkə kubokunda üstün tərəf bizik”.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qəbələ”nin futbolçusu Emil Səfərov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan” önündə şanslarını dəyərləndirərkən deyib.

Səfərdə heç-heçə (1:1) etdiklərini xatırladan 21 yaşlı yarımmüdafiəçi bunun onlara üstünlük qazandırdığını düşünür: “Kubokda mərhələ adlamaq şansımız çoxdur. Nəzərə alaq ki, cavab görüşünü evdə keçirəcəyik. Meydana istəkli çıxacağıq”.

“Dalğa Arena”da baş tutan qarşılaşmanın 58-ci dəqiqəsində zədələnərək əvəzlənən Azərbaycan millisinin üzvü vəziyyətin ciddi olmadığını bildirib: “Səhhətimlə bağlı hər şey qaydasındadır. Növbəti matçda meydanda ola biləcəyəm”.

Emil Səfərov Azərbaycan Premyer Liqasında 20 turdan sonra 14 xalla sonuncu pillədə qərarlaşmalarına da münasibət bildirib. Gənc orta sahə oyunçusu vəziyyətin düzələcəyinə inanır: “Bilirik ki, ümumi durum heç də yaxşı deyil. Amma hələ heç nə bitməyib. Hər şey özümüzdən asılıdır. Birlikdə bunun öhdəsindən gələcəyimizə inanıram”.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın XXI turunda “Zirə”ni (4 fevral), Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə isə “Araz-Naxçıvan”ı (9 fevral) qəbul edəcək.

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb

Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Azərbaycanlı futbol məşqçilərinə Pro lisenziyası təqdim olunub

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Futbol
Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda

Futbol
"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib

"Mançester Yunayted" Ronaldunun müqaviləsinin ləğvi üçün işlərə start verib