Azərbaycan millisinin baş məşqçisi badmintonçuların çıxışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi badmintonçuların çıxışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi badmintonçuların Bakıda təşkil olunan “Azerbaijan International 2024” turnirində çıxışlarını dəyərləndirib.

Mütəxəssis yığma üzvlərinin nəticələrindən razılıq bildirib: “Yarışa qatılan idmançılarımızdan 70 faizi gənclər idi. Onlardan çox razıyam. Azərbaycanın iki təmsilçisi - Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra olimpiadaya vəsiqə qazanmağa iddiaçıdırlar. Məqsədimiz onların bu turnirdə 1/4 finala qədər irəliləmələri idi. Hesab edirdik ki, 2200 xal qazansaq, dünya reytinqində 25-26-cı yerlərdə qala bilərik. Bu nəticəni qazandığımız üçün şadıq. Keişa hətta yarımfinala yüksələrək medal qazana da bilərdi. Yenə də zədələnməmələri məni sevindirdi. İnanıram ki, qazanılan reytinq xalları idmançılarımızın olimpiadaya lisenziya əldə etmələrinə kömək olacaq”.

Baş məşqçi 5 kateqoriya üzrə baş tutan yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Dünyanın ən güclü qadın və kişi badmintonçuları bu yarışda iştirak etdilər. Avropa və Asiyadan gələn hakimlər də yüksək səviyyəli referilər idi. Bu da onu göstərir ki, turnir dünyanın maraq dairəsindədir və Azərbaycana inanırlar. Təşkilatçılıqla bir daha sübut etdik ki, Dünya Badminton Federasiyası gələcəkdə mötəbər yarışların ev sahibliyini Azərbaycana həvalə edə bilər”.

Morteza Validarvi növbəti “Azerbaijan International 2024” turnirinə daha çox badmintonçunun qatılacağına inandığını vurğulayıb: “Bütün idmançılar, məşqçilər, hakimlər və rəsmilər Azərbaycandan razı getdilər. Çoxları ilk dəfə bura gəlmişdilər. Ölkənin gözəlliyindən, yüksək səviyyəli təşkilatçılıqdan, ədalətli idarəçilikdən danışırdılar. Qonaqlar başqa mötəbər yarış üçün Azərbaycana gəlmək arzusunda olduqlarını bildirdilər. Onların çoxu növbəti dəfə bura ailələrini də gətirəcəklərini bildirdi. Artıq əminəm ki, gələn il keçiriləcək “Azerbaijan International 2024”ə daha çox idmançı qatılacaq”.

Qeyd edək ki, “Azerbaijan International 2024” turnirində Azərbaycan təmsilçiləri Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra 1/4 finalda mübarizəni dayandırıblar.

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib