"Qalatasaray" bu gün Çexiyada "Sparta" ilə üz-üzə gələcək
Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Okan Burukun baş məşqçisi olduğu komanda Çexiyada “Sparta”nın qonağı olacaq.
Praqadakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu komandalar arasında İstanbulda reallaşan ilk görüşdə "sarı-qırmızılar" qələbə qazanıb - 3:2.

https://qalaba.az//uploads/photo/qalatasaray-bu-gun-chexiyada-sparta-ile-uz-uze-gelecek.webp











