Tanınmış mütəxəssis Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə Bakıya gəlib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti ilə tanınmış belçikalı mütəxəssis Vladimir Çuçelov Bakıya gəlib.

AŞF-nin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, səfərdə əsas məqsəd Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik etməkdir.

AŞF ilə V.Çuçelov arasında əldə olunan razılığa əsasən, məşqçi hazırlıqdan sonra hər bir şahmatçı barədə rəy təqdim edəcək. Bundan sonra Çuçelovla əməkdaşlığın müddəti dəqiqləşəcək.

Gənclərdən ibarət komandanın üzvləri üçün təşkil edilən toplanışın ilk günündə AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edib. O, bundan sonra da şahmatçılara lazımi şəraitin yaradılacağını bildirib.

Qeyd edək ki, Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçıları ilə işləyib, onların inkişafında yaxından iştirak edib. Müxtəlif illərdə Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub.

Mütəxəssis 2014-cü ildə FIDE tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Avropa çempionatına yollanacaq Azərbaycan samboçuları bəlli olub

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

IBA Rusiya və Belarusu təmsil edən boksçuların beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib