"Səbail"in futbolçusu: Karyeramda ən azı 300-350 matç hədəfləyirəm

"Səbail"in futbolçusu: Karyeramda ən azı 300-350 matç hədəfləyirəm

Karyeramdakı oyunların sayının daha çox olmasını istəyirəm. Ən azı 300-350 matç hədəfləyirəm.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan çempionatlarında 200-cü matçını keçirən "Səbail"in futbolçusu Adil Nağıyev deyib.

"Sabah"a qalib gəldikləri (2:0) Premyer Liqanın XXIV turunun matçında sonradan meydana çıxan 29 yaşlı müdafiəçi daha çox meydanda olmaq üçün çalışdığını bildirib: "Bunun üçün şadam. Allah bu qədər qarşılaşmada iştirakı mənə qismət etdi. Hazırda "Səbail"də yeni tarix yazmağı hədəfləyirəm. Həm klubla bağlı, həm də şəxsi hədəflərim var. Bu komanda ilə avrokubokda mübarizə aparmaq istəyirəm".

Nağıyev "Sabah"la duelin 6 xallıq görüş olduğunu deyib: "Qələbə hər iki komanda üçün çox vacib idi. Meydana 3 xal əldə etmək üçün çıxmışdıq. "Sabah" çox güclü rəqibdir. Matçın taleyini həll edən kifayət qədər yaxşı futbolçuları var. Bu qarşılaşmada yaxşı oyun sərgilədik və baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək layiqli 3 xal qazandıq".

O, Premyer Liqadakı hədəflərindən də söz açıb: "Bizim çox yaxşı komandamız var. Daha yuxarı pillələrdə yer alamağa gücümüz çatar. Bura qədər gəlmişiksə, deməli, bunu bacara bilərik. Son ana qədər turnir cədvəlinin üst pillələrində olmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda buna nail olacağıq".

Son olaraq 2020-ci ildə Azərbaycan millisinin formasını geyinən müdafiəçi yığmaya qayıtmaq istədiyini vuğrulayıb: "İlk növbədə klubumda daim start heyətində oynamalıyam. Daha sonra isə öz çıxışımla yığmaya layiq olduğumu sübut etməliyəm".

Futbol
Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Futbol
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb