Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Belçikada "Yunion" və Portuqaliyanın "Braqa" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu idarə edib.
"QELEBE.AZ"un məlumatına görə, Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
"Den Dreef" stadionunda oynanılan qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ağayev görüş ərzində 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Jan Tyerri Lazar və Senne Linenə, qonaqlardan isə Fabiano Silva ilə Siko Niakateyə sarı vərəqə göstərib.

https://qalaba.az//uploads/photo/eliyar-agayev-6-qolun-vuruldugu-oyunda-4-sari-vereqe-gosterib.webp











