Azərbaycan millisinin məşqçisi: Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır

Azərbaycan millisinin məşqçisi: Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır

“Məqsədimiz qarşıdakı hər iki oyununda qələbə qazanmaqdır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstanla Bakıda keçiriləcək oyunlar barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Yığmada müvəqqəti baş məşqçi vəzifəsini icra edən mütəxəssis uğurlu nəticə qazanaraq, komandada əhvali-ruhiyyəni yüksəltmək istədiklərini söyləyib. O, heyətə dəvət edilən debütantlar barədə də fikir bildirib: “Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır”.

Arif Əsədov 3 futbolçunun isə U-21 yığmasında iştirakı barədə qərar qəbul etdiklərini sözlərinə əlavə edib: “U-21-i qarşıda rəsmi oyunlar gözləyir. Ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

Futbol
Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırılıb

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

Futbol
"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Yannis Tsiavas: "Azərbaycan millisinin səviyyəsinə bələd idik"

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib