Azərbaycan millisinin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” – MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi: “İngiltərədən xal almağı kim istəməz?” – MÜSAHİBƏ

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmasını qəbul edəcək.

Hazırda İngiltərə 15 xalla F qrupuna başçılıq edirsə, Ukrayna 12 xalla ikinci pillədə qərarlaşıb. Keçirdiyi 4 görüşdə 3 xal toplayan Azərbaycan yığması isə 6 komanda arasında 4-cü yerdədir.

Yığmamızın baş məşqçisi Samir Əliyev rəsmi matçlar ərəfəsində “Report”a müsahibəsində komandanın hazırkı durumunu dəyərləndirib, qarşıya qoyulan hədəflərdən danışıb.

- Bu gündən toplanışa başlayacaqsınız. Qrupun favoritləri ilə matçlarda nəyə ümid edirsiniz?
- Güclü rəqiblərə qarşı oynayacağıq. Bizi düşündürən əsas məsələ futbolçuların düşərgəyə hansı vəziyyətdə qoşulmalarıdır. Bu məqam bir az narahat edir. Son oyununda zədələnən Veysəl Rzayevdən başqa itkimiz yoxdur. O, Premyer Liqada müntəzəm çıxış edən azsaylı oyunçularımızdan biridir. Rzayevin yoxluğu istər-istəməz təsir edəcək. İnanıram ki, Veysəlin yerinə çıxacaq futbolçu onu layiqincə əvəz edəcək.

- Əsas millinin bəzi üzvləri bu dəfə U-21-ə çağırılıblar. Razısınız ki, onlar işinizi bir qədər asanlaşdıracaqlar?
- Bəli, Nəriman Axundzadə, Emil Səfərov və Cəlal Hüseynov U-21-in heyətində yer alacaqlar. Əslində onlar bizim futbolçulardır, gənclər yığmasından əsas komandaya yollanmşdılar. Məncə, hər üçünün bizə köməyi dəyəcək. Cəlal Bolqarıstan çempionatında, Nəriman “Qarabağ”da tez-tez meydanda olur, Emil də “Qəbələ”nin əsas heyət üzvüdür. Onların iştirakı əlimizi gücləndirəcək. Çünki əksər futbolçularımız I Liqada və əvəzedicilərin çempionatında çıxış edirlər. Güclü rəqiblər önündə belə hazır oyunçular bizə lazım idi.

- Öncəki toplanışla müqayisədə edilən dəyişikliklər ürəyinizcədir?
- Komandada yeni uşaqlar var. Ukrayna ilə səfər oyununa (0:1) dəvət alanlardan bəziləri indi çağırılmayıblar. Aradan 4 ay vaxt keçib. Sonuncu dəfə ötən ilin noyabrında çıxış etmişik. Bu müddət ərzində oyunçuları müntəzəm izləyirdik. Təəssüf ki, bəzi futbolçular işlərinə laqeyd yanaşırlar. Formadan uzaq olduqları üçün çağırılmayıblar.

- İngiltərə yığmasının heyətində “Mançester Siti”, “Liverpul” kimi nəhəng klubların futbolçuları yer alıblar. Bu sizi qorxutmur?
- Qorxulu heç nə yoxdur. Hər bir rəqibə qarşı oynamaq mümkündür. Əlbəttə ki, ustalıq səviyyəmiz onlar qədər deyil. Bu baxımdan geri qalsaq da, meydana çıxıb mübarizə aparacağıq. Yüksək səviyyədə ustalığa malik olmasan da, əzmkarlıq, mübarizlik vacibdir.

- Hər iki oyun evdə keçiriləcəyindən, səfər yorğunluğu olmayacaq. Bu amil komandaya üstünlük qazandıra bilər?
- Futbol elə səviyyəyə çatıb ki, səfər, yorğunluq çox xırda problemlərdir. Yenə də müəyyən üstünlük ola bilər.

- Qrupda qarşıya qoyulan konkret hədəf var?
- Qarşımıza konkret hədəf qoyulmayıb. Rəqiblər bəlli, səviyyələri göz önündədir. Məqsədimiz futbolçuları heyətə cəlb etmək, onların ustalıq səviyyəsini artırıb əsas yığmaya qazandırmaqdır. İndi ən vacib tələb budur. Nəriman Axundzadə, Emil Səfərov, Cəlal Hüseynov kimi oyunçuların əsas yığmaya çağırılmaları bizi sevindirir. Rza Cəfərov da artıq əsas millidədir. Seçmə mərhələnin sonunda bu heyətdən daha 2-3 nəfər əsas komandaya dəvət alsa, bu özü də bir uğur olar.

- İngiltərə və Ukrayna yığmaları “Azərsun Arena”dakı oyunun aşkar favoritləridir. Onlardan 1 xal alsanız, bunu uğurlu nəticə sayacaqsınız?
- Hər oyunda hədəf maksimum gücümüzlə mübarizə aparmaq, həm yaxşı oyun sərgiləmək, həm də bacardığımız qədər xal qazanmaqdır. Ancaq reallığı da nəzərə almaq lazımdır. Bir az çətinliklərimiz var. Əsas istəyimiz qarşıdakı iki görüşdə layiqli mübarizə aparmaqdır. İngiltərədən xal almağı kim istəməz? Belə olarsa, futbolçularımıza da maraq artar. Ukrayna da həmçinin. Hər ikisi qrupun liderləridir.

Futbol
Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Qurban Qurbanov: "Sayılmayan qol epizodunda əsəbləşdim"

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"

Canni De Byazi: "Başqa yığmadan və iki İtaliya klubundan təklif almışdım"