Monqolustan yığmasının baş məşqçisi: "Futbolçularıma fantastik çıxış etdiklərini dedim"

Monqolustan yığmasının baş məşqçisi: "Futbolçularıma fantastik çıxış etdiklərini dedim"

“Oyundan sonra futbolçularıma təşəkkür etdim, onlara fantastik çıxış etdiklərini dedim".

“Report”un məlumatına görə, bunu Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olduqları “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

59 yaşlı yaponiyalı mütəxəssis qarşılaşmanı dəyərləndirib: “Məğlub olduğumuz üçün məyusam. Yaxşı rəqiblə oynayırdıq. 90 dəqiqə qol buraxmadıq. Müdafiədə yaxşı idik, ancaq bu da azdır. Hücuma da çıxmaq lazımdır. Kiçik addımlarla irəliləməliyik".

O, Azərbaycan və Yaponiya millilərini müqayisə edib: "Azərbaycan bizim üçün yüksək səviyyəli komandadır. Yaponiya ilə müqayisə etsək, Yaponiyanın futbolçularının çoxu Top-liqalarda çıxış edirlər. Monqolustan yığması üçün isə Azərbaycan kimi komandalara qarşı çıxış etmək təcrübədir. Asiyada daha çox zəif rəqiblərə qarşı oynayırıq. Bu gün standartlar fərqli idi. Bu gün də yaxşı müdafiə olunduq. Bu oyun rəqibin rahatlığına qismən mane oldu".

İçiro Otsuka əlavə edib ki, heç-heçə onlar üçün uğurlu nəticə olardı: "Bu, Avropa komandasına qarşı ikinci oyunumuz idi. Heç-heçə etsəydik, sensasiya olardı. Hər zaman müdafiə olunan komanda enerji itirir. Belədə son dəqiqə qolları gəlir. Müdafiə olunduqca rəqibin qol vuracağını düşünürsən və qol buraxırsan. Hücum edəndə isə qol vurmaq barədə fikirləşirsən. Bura təzə gəlmişəm. Hələ ki, müdafiə davranışını inkişaf etdiririk".

Qeyd edək ki, Monqolustan millisi növbəti oyununu martın 25-də “Liv Bona Dea Arena”da Tanzaniyaya qarşı keçirəcək.

Futbol
Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Fransa millisinin müdafiəçisi üçün mundial başa çatıb

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

DÇ-2022: Argentina Səudiyyə Ərəbistanına uduzub

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik"

"Qarabağ"ın legioneri: "Şanslardan layiqincə istifadə etdik"

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"