Azərbaycan millisinin müdafiəçisi: Əlimizə düşən şansları daha tez qola çevirə bilərdik

Azərbaycan millisinin müdafiəçisi: Əlimizə düşən şansları daha tez qola çevirə bilərdik

Çoxsaylı qol imkanlarımız oldu. Düşünürəm ki, bu şansları daha tez qola çevirə bilərdik.

Bunu "Report"a Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçı barədə danışarkən deyib.

"Komanda şəklində yaxşı oynadıq. Belə matçlarda çıxış etmək yığmaya əlavə güc və stimul verir. Əlimizə düşən epizodları dəyərləndirə bilsəydik, çoxlu qollar vura bilərdik. Hər bir hücum istədiyimiz kimi alınmır. Bolqarıstanla matçda da yaxşı oyun göstərərək, qələbə qazanmağa çalışacağıq".

Müdafiəçi millinin məşqçisi Arif Əsədovun rəhbərliyi altında öz performansını dəyərləndirib: "Baş məşqçi məsələsi barədə danışmaq mənim səlahiyyətimdə deyil. İstənilən baş məşqçinin rəhbərliyi altında məqsədimiz meydana çıxıb layiqli mübarizə aparmaqdır. Arif Əsədovu çoxdandır tanıyırıq. Hər şey qaydasında gedir. Bacardığım qədər məşq edib qollar vurmağa çalışıram. Daha artığını edə bilərəm. Futbolda bəzən hücumçularla yanaşı, mən də fərqlənə bilirəm".

Qeyd edək ki, qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub. Yığma növbəti matçını martın 25-də, saat 20:00-da Bolqarıstana qarşı keçirəcək.

Futbol
Lionel Messi ilin idmançısı seçilib

Lionel Messi ilin idmançısı seçilib

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub