Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu

Samir Əliyev: Futbolçuları bu matça hazırlamaq çətin oldu

Martın 22-də İngiltərə ilə keçirilən oyundan (1:5) sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu.

"Report" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Ukraynaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib.

Mütəxəssis Ukraynada həmişə güclü oyunçuların yetişdiyini söyləyib: "Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".

Əliyev görüş ərzində real qol imkanlarının olduğunu vurğulayıb: "Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Canni De Byazi: "Polşa millisindən bir addım uzaqda idim"

Canni De Byazi: "Polşa millisindən bir addım uzaqda idim"

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
"Çelsi" yeni baş məşqçisini açıqlayıb

"Çelsi" yeni baş məşqçisini açıqlayıb

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib