AFFA rəsmisi: Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq

AFFA rəsmisi: Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq

Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA-nın əməkdaşı, məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov Azərbaycan Premyer Liqasının 4-cü - sonuncu dövrəsi ilə bağlı danışarkən bildirib.

51 yaşlı mütəxəssis son dövrənin rəqabətli keçəcəyini düşünür: "Dördüncü dövrədə "Qarabağ" istisna olmaqla, digər klublar arasında gərgin rəqabət yaşanacaq. Xal baxımından bir-birlərinə çox yaxındırlar. Altıncı pillədə qərarlaşan "Səbail"in 37 xalı var və 2-ci yerdən 3 xal geri qalır. "Neftçi", "Sabah", "Zirə" və "Sumqayıt"ın medal qazanmaq şansları var. Son oyunlarda "Sabah" ilə "Neftçi" inamlı təsir bağışlayıblar. Sadəcə, çempionatın əvvəlində itirdikləri xallara görə "Qarabağ"la mübarizə apara bilmirlər. "Zirə" də bu rəqabətin içindədir. Avrokuboklara vəsiqə və medallar uğrunda əsas mübarizə bu 3 komanda arasında gedəcək".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı "Qəbələ"nin Premyer Liqanı tərk edib-etməyəcəyi ilə bağlı məsələyə də toxunub: "Bəlkə də qış fasiləsinə qədər mənə desəydilər ki, "Qəbələ" Premyer Liqanı tərk edəcək, buna inanmazdım. Mənim kimi bir çoxları bununla razılaşmazdılar. Doğrusu, bu uğursuzluğun çalarları görünürdü. Transferlərin uyğunsuzluğu onların bu duruma düşmələrinə səbəb oldu. "Kəpəz"in güclənməsi yekunda "Qəbələ"ni çempionatın autsayderinə çevirdi. Onlar bu yerə layiq deyil. Amma oyun üslublarına görə danışsaq, mövsümü axırıncı yerdə başa vuracaqları aşkar görünür. 11 xallıq fərqi son turlarda aradan qaldırmaları çox çətin olacaq. Çünki "Kəpəz" adi motivasiya ilə oyunlara çıxan komanda deyil. Bu baxımdan turniri sonuncu yerdə "Qəbələ" başa vuracaq".

A.Kərimov "Qarabağ"ın Azərbaycan Premyer Liqasında rəqabətlə üzləşməməsini şərh edib: "Təbii ki, böyük xal fərqinin olması nəinki "Qarabağ"a, bütün klublarımıza mənfi təsir edir. Komandalar yüksək intensivlikdə, səviyyədə oyunlar keçirmirlər. "Qarabağ" Avropada rəqabətli oyunlarının sayını artırıb. Daxili çempionatdakı rəqabətsizlik mühitində böyük məbləğə oyunçu almaq da çətin olur. Digər klublarımız yalnız öz aralarında mübarizə aparırlar. "Qarabağ" kimi komanda yaratmaq üçün vaxt lazımdır, amma bu o qədər də çətin deyil. Düzgün istiqamət götürülsə, bunun öhdəsindən gəlmək mümkün olar".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə bu gün keçiriləcək 2 oyunla start veriləcək. Saat 16:30-da "Qəbələ" doğma meydanda "Neftçi"ni, 19:00-da isə "Kəpəz" Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı sınağa çəkəcək.

Futbol
PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

PFL və "Zirə" klubunun rəhbərliyi arasında görüş olub

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

"Turan Tovuz" Premyer Liqada qələbə qazanıb

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib