Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

"Bu gün "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bu cür matçlarda müdafiədən oynamağa məcbur qaldıqlarını bildirib: "Bəzi futbolçuların gücü tükənəndən sonra qapımızda qol gördük. Növbəti görüşlərə hazırlaşacağıq. Vaxt keçdikcə daha yaxşı olacağıq. Buna əminəm. Hücum xəttində bəzi problemlərimiz var. Soyuq başla hər şeyi analiz etdikdən sonra vəziyyətdən çıxmalıyıq".

Abasov komandanın 10 matçda cəmi iki qol vurmasını xatırladıb: "Bəlkə də azarkeşlərdə küskünlük var. Amma bu cür qarşılaşmalar gələcəyə ümid verəcək. Qışı səbirsizliklə gözləyən insanlardan biriyəm. Nə qədər çox oyunçu qazana bilsəm, transfer dönəmində futbolçu götürmək baxımından işimiz azalar. Hazırda çıxış yolumuz kollektiv oyun sərgiləməkdir".

Baş məşqçi qış transfer dönəmində heyəti özü yığacağını söyləyib: "Pozitiv olmağımın arxasında rəhbərlik dayanıb. Hamımız bu vəziyyətdən birlikdə çıxmaq istəyirik. Məndən başqa heç kim bu komandanı yığmayacaq".

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib