İngiltərə Premyer Liqası: “Çelsi” xal itirib, “Tottenhem” isə qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Çelsi” xal itirib, “Tottenhem” isə qələbə qazanıb

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Çelsi” “Börnli”ni, “Tottenhem” isə “Luton”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, hər iki qarşılaşma paytaxt Londonda baş tutub.

“Çelsi” – “Börnli” oyununda hesabı “zadəganlar” açıb: 44-cü dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Koul Palmer penaltidən fərqlənib. Birinci hissədə qonaqların fransalı yarımmüdafiəçisi Lorents Assinyon, həmçinin baş məşqçisi Vensan Kompani qırmızı vərəqə alaraq qovulublar.

Azlıqda qalmasına baxmayaraq, ikinci hissəyə fəal başlayan tərəf qonaqlar olub: artıq 47-ci dəqiqədə dayaq yarımmüdafiəçisi Coş Kullen adaşı Braunhillin məhsuldar ötürməsindən sonra status-kvonu bərpa edib. Təzyiqi artıran Maurisio Poçettinonun yetirmələri 78-ci dəqiqədə hesabda irəli çıxa bilib: Palmer ikinci dəfə topu tora göndərib, məhsuldar ötürmənin müəllifi isə Rahim Sterlinq olub. Bununla belə, cəmi üç dəqiqə sonra “Börnli”nin irlandiyalı müdafiəçisi Dara O’Şi ikinci qolu vuraraq yekun hesabı müəyyənləşdirib – 2:2.

Londondakı digər matçda “Tottenhem” “Luton”a qarşı oyunda geridönüş edərək üç xal qazanıb. Oyunda hesab erkən açılıb: artıq 3-cü dəqiqədə qonaqların niderlandlı vingeri Tahit Çonq Ross Barklinin dəqiq ötürməsindən sonra qola imza atıb. Matçın ikinci hissəsində “papaqçılar”ın burkina-fasolu cinah müdafiəçisi İssa Kabore topu öz qapısına vuraraq hesabı bərabərləşdirib. Oyunun 86-cı dəqiqədə “mahmızlar”ın koreyalı hücumçusu və kapitanı Son Hın-min 22 yaşlı uelsli Brennan Consonun ötürməsindən sonra oyunda son nöqtəni qoyub – 2:1.

Günün digər qarşılaşmalarında “Nyukasl” “Vest Hem”i (4:3), “Bornmut” isə “Everton”u yenib (2:1). “Şeffild Yunayted” – “Fulhem” və “Nottinhem Forest” – “Kristal Pelas” oyunlarında isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının turnir cədvəlinə 63 xalla “Arsenal” liderlik edir. İkinci pillədə onunla eyni xal toplamış, lakin top fərqinə görə geri qalan “Liverpul” gəlir. Üçüncü yerdə isə 63 xalla “Mançester Siti” qərarlaşıb. İlk dördlüyü 56 xalla “Tottenhem” qapayır. “Çelsi” isə 40 xalla 11-ci pillədədir.

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Futbol
"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

"Zirə"nin legioneri: "DÇ-2022 Belçika üçün son şansdır, De Brüyne və Azar qocalır"

Futbol
DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

Futbol
"Qarabağ"ın legioneri: "Neftçi" və "Olimpiakos"la matçda formada olmalıyıq"

"Qarabağ"ın legioneri: "Neftçi" və "Olimpiakos"la matçda formada olmalıyıq"

Futbol
Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib

Zidanın Fransa millisinin baş məşqçisi olacağı vaxt dəqiqləşib