Rövnəq Abdullayev: Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm

Rövnəq Abdullayev: Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm

Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm.

"QELEBE.AZ"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın növbəti Konfransında deyib.

O, 20 ildir futbol camiəsində olduğunu xatırladıb: "Pünik" üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığını göstərir. Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək".

Rövnəq Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib: "Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram".

O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib: "Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, Kral öldü, yaşasın yeni Kral".

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Ciddi sürpriz olmadı"

Futbol
Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Futbol
Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Argentina millisi dünya rekordunu təkrarlaya bilməyib

Futbol
Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Qurban Qurbanov: "Qələbə qazansaq da, danışmaq asan deyil"

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib

İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib