AFFA İcraiyyə Komitəsinin üzvü: İnanıram ki, yeni rəhbərliyin gəlişi ilə futbolumuzda canlanma olacaq

AFFA İcraiyyə Komitəsinin üzvü: İnanıram ki, yeni rəhbərliyin gəlişi ilə futbolumuzda canlanma olacaq

İnanıram ki, yeni rəhbərliyin gəlişi ilə futbolumuzda canlanma olacaq.

Bunu “Report”a açıqlamasında AFFA İcraiyyə Komitəsinin yeni üzvü Səməd Qurbanov deyib.

70 yaşlı mütəxəssis yeni rəhbərliyin işə həvəsli yanaşdığını bildirib: “Dünənki iclas tanışlıq xarakterli oldu. Çox güman ki, aprelin sonlarında və ya mayın əvvəllərində növbəti görüşümüz baş tutacaq. Həmin iclasda bir çox məsələlər müzakirə ediləcək. Yeni prezident Rövşən Nəcəf ümidli çıxış etdi. Hiss olunur ki, o, futbolumuzun inkişafında çox maraqlıdır”.

Veteran futbolçunun fikrincə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsində yer alması Azərbaycan futbolu üçün üstünlükdür: “Qurban Qurbanovun komitədə olması hamımızı sevindirdi. “Qarabağ”ın Avropada səs salmasının əsas səbəbkarı odur. Bu cür şəxsiyyətin bizimlə bir yerdə olması futbolumuz üçün qürurvericidir. Təkcə Qurban müəllimlə kifayətlənmirəm. Ümumiyyətlə, komitə üzvlərinin danışıqlarından hiss olunur ki, hamısının futbol barədə anlayışı yüksək səviyyədədir”.

O, Azərbaycan millisinin yeni baş məşqçisinin də tezliklə müəyyənləşəcəyini düşünür: “Şübhəm yoxdur ki, futbolumuza köməyi dəyəcək bir mütəxəssis millinin baş məşqçisi postuna gətiriləcək. Onun mentalitetimizə, futbolumuza yaxınlığının olması da vacib məqamdır”.

Səməd Qurbanov uşaq futboluna böyük önəm veriləcəyini sözlərinə əlavə edib: “Hər şey uşaq futbolundan başlayır. Uşaq futboluna kimi gəldi cəlb etmək düzgün deyil. Futbolçu seçimi zamanı diqqətli olmaq lazımdır. Perspektivli yeniyetmələri seçə biləcək səviyyədə yaxşı məşqçilərimiz var. Güclü futbolçu olmaq üçün 3 şey tələb olunur – tərbiyə, qavrama qabiliyyəti və məsuliyyət. Məşqçilər belə uşaqların üzərində işləsələr, futbolumuzun gələcəyi parlaq olar”.

Qeyd edək ki, AFFA-nın aprelin 2-də keçirilən Hesabat-Seçki Konfransında Rövşən Nəcəf qurumun yeni prezident seçilib.

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Çempionlar Liqasının əsas favoriti açıqlanıb

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Moldova - Azərbaycan oyununda ikinci hissə başlayıb

Futbol
Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Milli komandanın 25 futbolçusu bioloji yaş testindən keçməkdən imtina edib

Futbol
"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Fransalı futbol hakimi 42 yaşında vəfat edib

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb