“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov komandanın Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyundakı çıxışından narazı qalıb.

59 yaşlı mütəxəssis "QELEBE.AZ"a açıqlamasında qarşılaşmanı tribunadan izlədiyini bildirib.

O, Bakı klubunun futbolçularının məğlubiyyəti asanlıqla qəbul etdiklərini deyib: “Neftçi” adına biabırçı oyun oldu. Meydana iddiasız komanda kimi çıxırlar. Futbolçulara başa salmayıblar ki, Azərbaycanın ən öndə gedən, tarixi komandasına gəliblər? Dünən meydana sanki gəzməyə çıxmışdılar. 90 dəqiqə ərzində qapıya cəmi iki zərbə vura bildilər. Bu məğlubiyyətlə belə rahat razılaşdıqlarını başa düşə bilmirəm”.

Mütəxəssisin fikrincə, “Qarabağ” dünənki görüşdə daha çox qol vura bilərdi: “Qarabağ” fəxrimizdir, Avropa arenasında ölkəmizi layiqincə təmsil edir. Ancaq bu o demək deyil ki, “Neftçi” onlara qarşı belə zəif çıxış etməlidir. “Qarabağ” sanki “Neftçi” önündə məşq edirdi. Ağdam komandası istəsəydi, 7-8 qol vurardı”.

1984-1998-ci illərdə “ağ-qaralar”ın formasını geyinən Yunis Hüseynov klubda transfer siyasətinin yanlış aparıldığını söyləyib: “Kubok da bir tituldur və avrokuboklara vəsiqə uğrunda ən qısa yoldur. Belə oyunla “Neftçi” çempionatda heç ikinci yeri də tuta bilməyəcək. Etiraf edək ki, rəhbərlik komandaya hər cür şərait yaradır, maddi baxımdan sıxıntı yaşamalarına imkan vermir. Lakin transfer siyasəti yanlış aparılıb. “Qarabağ”ın heyətinə fikir verin, necə oyunçular seçib gətiriblər. “Neftçi” belə səviyyədə futbolçular gətirə bilməz? Bunun üçün maddi imkanları da var. Amma ardıcıl iki ötürmə verməyi bacarmayanları bir araya yığıblar”.

Veteran futbolçu paytaxt təmsilçisinin monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin də ümidləri doğrultmadığı qənaətindədir: “Bojoviç hələ bura gələndə demişdim ki, onu tanımıram. 18 ildə 20 komanda dəyişən mütəxəssisdir, düz-əməlli nəticəsi də olmayıb. Moskva “Lokomotiv”inin prezidenti də çıxışında bildirmişdi ki, o, “Neftçi”yə uğur qazandıra bilməyəcək. Bojoviç məgər azərbaycanlı məşqçilərdən yaxşıdır? Onun rəhbərliyi altında komanda zəif çıxış edir, nə taktika bilinir, nə oyun üslubu. “Neftçi”nin sabiq futbolçusu kimi dünənki oyun yadıma düşdükcə əsəbiləşirəm. “Neftçi” belə sıradan komandaya çevrilməməlidir”.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında cavab oyunu aprelin 24-də keçiriləcək.

Futbol
"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

"Napoli" Kvaratsxeliya ilə yeni müqavilə imzalamaq istəyir

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında erkən qol vurulub

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə yarımfinal oyunları baş tutacaq

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Xal itirməyə haqqımız yoxdur"

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti açıqlanıb

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb