Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
“QELEBE.AZ”un məlumatına görə, 5-ci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.

https://qalaba.az//uploads/photo/azerbaycanin-hendbol-millisi-shimali-makedoniyaya-uduzub.webp











