Azərbaycanın yeniyetmə şahmatçısı FIDE akademiyasına cəlb olunub

Azərbaycanın yeniyetmə şahmatçısı FIDE akademiyasına cəlb olunub

Azərbaycan təmsilçisi Xaqan Əhməd Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib.

Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, o, İspaniyanın Menorka şəhərində bir həftəlik əyani məşqlərə qatılıb.

2024-cü ilin yanvarından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb olunub. Yekunda xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştiraka dəvət alıb. Hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüblər.

Qeyd edək ki, məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi və zəif məqamların tapılması, hücum və müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Məşq zamanı şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.

FIDE Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyası və "Chessable" platforması tərəfindən təsis edilib. 2021-ci ildən fəaliyyət göstərən akademiyaya 100-dən çox federasiyanın şahmatçıları cəlb olunub. Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Dommaracu Qukeş və ötən il yeniyetmələr arasında dünya çempionu olan Kandela Belen akademiyanın tələbələrindən olublar.

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Mahir Məmmədov: "Komandamızın Olimpiadadakı çıxışından razı qalmadıq"

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan paralimpiyaçılarının 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub