“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” hazırlıq çərçivəsində Qazaxıstan çempionu “Kayrat”la qarşılaşacaq.
Azərbaycan Futzal Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, oyunların keçiriləcəyi məkan və zaman bəlli olub.
Qarşılaşmalar oktyabrın 21-də və 22-də Bakıda baş tutacaq.
Hər iki oyun saat 20:00-da başlayacaq və FHN-in Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq mərkəzində keçiriləcək.

https://qalaba.az//uploads/photo/araz-naxchivanin-kayratla-oyunlarinin-vaxti-ve-mekani-belli-olub.webp











