IBSA-nın icraçı direktoru: Məqsəd mənə olan etimadı doğrultmaqdır

IBSA-nın icraçı direktoru: Məqsəd mənə olan etimadı doğrultmaqdır

Məqsədim mənə olan etimadı, inamı doğrultmaqdır.

Bunu "QELEBE.AZ"a açıqlamasında Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilən Rüfət Hacılı deyib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bu təyinatın onun üçün böyük məsuliyyət olduğunu bildirib: "Bu vəzifə gələcək karyeram üçün də irəliyə doğru atılmış addımdır. Təyinatın reallaşmasında ölkə rəhbərliyinin idmana və idmançılara qayğısının böyük rolu var. Gənc yaşda belə məsul vəzifəyə təyinat üçün IBSA-nın prezidenti İlqar Rəhimov və İdarə Heyətinin üzvlərinə təşəkkür edirəm".

R.Hacılı IBSA-nın hazırda yenilənmə dövrü keçdiyini vurğulayıb: "Bütün sahələr üzrə dəyişikliklər var. Kvalifikasiya, antidopinq, idman komitələri və digər məsələlər üzrə inkişafa doğru planlı işlər görülür. IBSA-ya daha çox maliyyənin cəlb olunması, marketinq işlərinin inkişafı, sponsorlarla daha sıx işləmək, idman yarışlarında təşkilatçılığın daha üst səviyyəyə çıxarılması kimi hədəflər var. Milli Paralimpiya Komitəsində indiyədək qazandığım təcrübəni beynəlxalq səviyyədə tətbiq etməyə çalışacam. Həmçinin orada qazanacağım təcrübəni ölkə idmanının inkişafına, daha dəqiq desək, Paralimpiyanın daha geniş vüsət almasına, idmanla məşğul olmaq istəyən gənclər üçün daha əlçatan olmasına və bu sahədə tətbiq edilən yeniliklərin daha tez mənimsənilməsinə yönəldəcəyəm. Sonda mənim IBSA-da fəaliyyət göstərməyimə verdiyi dəstəyə görə Milli Paralimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub