Lunyovun meneceri: “Qarabağ” bu davranışı davam etdirsə, başqa variantları nəzərdən keçirəcəyik

Lunyovun meneceri: “Qarabağ” bu davranışı davam etdirsə, başqa variantları nəzərdən keçirəcəyik

“Qarabağ” bu cür davranışını davam etdirsə, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov “RB Sport”a müsahibəsində deyib.

Agent Azərbaycan klubunu yeni müqavilə ilə bağlı aparılan danışıqları mətbuata sızdırmaqda günahlandırıb: “Klubla aparılan danışıq məxfidir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim. Çünki bu cür davranış Andreyin qalmasına kömək etməyəcək. Lunyov “Qarabağ”a gələndə maaşı ciddi şəkildə aşağı qiymətləndirilib. 2023-cü ilin qışında isə “Qarabağ” ona avqustda razılaşdığı maaşdan 2,5 dəfə çox məvacib təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey aşağı şərtlərə anlaşacaq. Razılığımız belə olmuşdu ki, Andreyin səhhətində problem olmasa, yüksək səviyyədə oynasa, klubun uğurlarına kömək etsə, təqvim ilinin sonuna kimi əməkhaqqısı artırılacaq. Ancaq maaş artırılmayıb”.

A.Smirnov müştərisinin Ağdam təmsilçisində qazandığından daha yüksək məvacibə layiq olduğunu düşünür: “Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü. Bu şərtlər bizə uyğun gəlmədi. Çünki Andrey dəyərini sübut etdi, müvafiq səviyyədə də maaş almağa layiqdir. Üstəlik, müxtəlif agentlərdən aldığım təkliflərdən görürəm ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan yüksək qiymətləndirirlər. Andreyə tələbat var, layiqli gəlir əldə etmək hüququna malikdir. “Qarabağ”a şərtlərimiz tamamilə məqbuldur. Sadəcə, klubdakıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata yayıb rəqəmləri açıqlayır. Bunu mənfi imic yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. Lunyova daim maraq olsa da, digər klublarla danışıqlar aparmır. Bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərlikdən nəsə tələb etmir, ultimatum vermir”.

O, 32 yaşlı qolkiperin müqavilə müddətinin 1 illik uzadılması bəndinin aktivləşdirilməsi variantını da istisna etməyib: “Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb, lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, lakin deyim ki, bu seçim mövcuddur. Yalnız müəyyən hallarda həmin bənd aktivləşdirilir. İstənilən halda futbolçunun buna razılığı lazımdır”.

Qeyd edək ki, “Qarabağ”a 2023-cü ilin yayında Almaniyanın “Bayer 04” klubundan keçən Andrey Lunyovun müqavilə müddəti mövsümün sonuna qədərdir.

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Futbol
Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Ən bahalı qış transferlərinin siyahısı açıqlanıb

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
Laurentsiu Regekampf: "Neftçi"dən ayrılmağı düşünmürəm"

Laurentsiu Regekampf: "Neftçi"dən ayrılmağı düşünmürəm"

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"