Əliabbas Rzazadə: Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm

Əliabbas Rzazadə: Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm

Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı idmançı komanda yoldaşlarından da eyni nəticəni gözlədiyini bildirib: “Həm televiziya qarşısından, həm də tribunadan məni dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. “Doğma divarlar” arasında güləşmək insana xüsusi motivasiya verir. Bu gün ilk lisenziyanı mən qazandım. İnanıram ki, ayağım komandaya düşərli olacaq”.

Avropa çempionu yarımfinalda məğlub etdiyi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan revanşı aldığını söyləyib: “Bütün rəqiblərim güclü idi. Ancaq biz də yarışa yaxşı hazırlaşmışdıq. Qarşıma olimpiadaya lisenziya qazanmaq məqsədi qoymuşdum, buna da nail oldum. Yarımfinalda məğlub etdiyim idmançı məni Avropa çempionatında məğlub etmişdi. Bu görüş revanş xarakteri daşıyırdı. Azarkeşlərin də köməyi ilə bu dəfə qələbə qazanmağı bacardım”.

Ə.Rzazadə Parisdə keçiriləcək olimpiadaya fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün gedəcəyini vurğulayıb: “Qarşıda məni daha çətin sınaq gözləyir. Bu cür davam etsəm, qələbələrimi olimpiadada da davam etdirəcəyimə inanıram. Təbii ki, olimpiadaya yollanan güləşçilərin heç biri zəif olmur. Mən də onlardan geri qalmıram. Orada əsas rəqibim Rusiya təmsilçisi olacaq. Onu məğlub edərək, titul qazanmağa çalışacağam. İnanıram ki, bu il mənə düşərli olacaq. Əvvəlki güləşlərimlə müqayisədə çox inkişaf etmişəm”.

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Əli Hüseynli: "Mingəçevir Reqatası" Azərbaycanın idman və ictimai-siyasi həyatında mühüm hadisədir"

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb

Azərbaycanın qadın cüdoçuları Albaniyada təlim-məşq toplanışına qatılıb