Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Osman Nurmaqomedov: Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik

Olimpiadada bir yox, bir neçə qızıl medal qazana bilərik.

“Report”un məlumatına görə, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (86 kq) jurnalistlərə açıqlamasında deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək olimpiadada iştirak hüququna yiyələnən 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevincini gizlətməyib: “Azərbaycan mənim ikinci vətənimdir. Artıq 7-8 ildir burada yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam”.

Güləşçi komanda yoldaşlarının da bu gün uğurlu çıxış etdiklərini söyləyib: “Komandamız bu gün 4 lisenziya qazanmaqla çox yaxşı formada olduğunu göstərdi. Qarşıda isə bizi olimpiada gözləyir. Artıq Parisdəki mötəbər yarışa hazırlaşacağıq”.

O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb: “Olimpiadada əsas rəqibim amerikalı David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür”.

İdmançı turnirin ilk iki günündə uğursuz çıxış edən yunan-Roma və qadın güləşçiləri barədə də danışıb: “Oteldə söhbət edərkən ilk iki gündə lisenziya qazana bilməyən güləşçilərimizə görə narahatlıq keçirdiyimizi bildirirdik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsinlər. Onların bəxtləri gətirmədi. İnanıram ki, gələn ay İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində uğurlu olacaqlar. Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”.

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Azərbaycanın daha bir cüdoçusu İtaliyadakı turnirdə finala çıxıb

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Ronaldu Almaniyanın “Bavariya” klubuna keçə bilər

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək