“Qarabağ” milli çempionatlardakı qələbə sayına görə “Real”ı qabaqlayır - ARAŞDIRMA

“Qarabağ” milli çempionatlardakı qələbə sayına görə “Real”ı qabaqlayır - ARAŞDIRMA

“Qarabağ” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən çox qələbə qazanan komandalar sırasındadır.

“QELEBE.AZ”un araşdırmasına görə, Ağdam təmsilçisi Premyer Liqada keçirdiyi 29 oyunun 23-də qalibiyyət sevinci yaşayıb.

Qurban Qurbanovun kollektivi bu göstəriciyə görə qitənin ən yaxşı 14-cü komandasıdır. İspaniya nəhəngi “Real” da La Liqada eyni sayda qələbə qazanıb. Lakin “Kral klubu” bunu 30 qarşılaşmada reallaşdırdığından, “Qarabağ”dan geri qalır.

“Böyük beşlik” ölkələrindən yalnız İtaliya “İnter”i və Almaniya “Bayer 04”ü Azərbaycan çempionunu qabaqlayır. Onların hesablarında müvafiq olaraq 25 və 24 qalibiyyət var.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda ölkə çempionatında 29 matçın 27-də rəqiblərindən güclü olub. Türkiyə klubu “Qalatasaray”da da eyni sayda qalibiyyət var. Lakin İstanbul təmsilçisi bunu 31 matçda reallaşdırıb. İlk “üçlüy”ü Türkiyənin digər komandası “Fənərbağça” qapayır. “Fənər” 26 dəfə hesabına 3 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” 29 matçın 23-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub.

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Biləsuvarda kəndlərdə futbolun inkişafına dəstək məqsədilə görüş keçirilib

Futbol
"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

"Barselona"nın futbolçusu evində döyülərək qarət olunub

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Almaniya yığması futbol üzrə yoldaşlıq görüşündə Omanı məğlub edib

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib

Rusiya Futbol İttifaqı UEFA-ya illik üzvlük haqqını ödəyib