İddiaçılar Turniri: Nicat Abasov hindistanlı şahmatçı ilə üz-üzə gələcək
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
"Report"un məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda hindistanlı Dommaracu Qukeşlə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə 6,5 xalla ikincidir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

https://qalaba.az//uploads/photo/iddiachilar-turniri-nicat-abasov-hindistanli-shahmatchi-ile-uz-uze-gelecek.webp











