AFFA rəsmisi I Liqa klublarında lisenziyalaşdırma ilə bağlı son durumu açıqlayıb

AFFA rəsmisi I Liqa klublarında lisenziyalaşdırma ilə bağlı son durumu açıqlayıb

I Liqa klublarının Azərbaycan Premyer Liqasında iştirakla bağlı lisenziyalaşdırma prosesindəki son durumu bəlli olub.

Bu barədə "Report"a AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov açıqlama verib.

"Bir neçə klub prosesi davam etdirir. Hələlik adlarını açıqlaya bilmərik. Çünki oyunlara təsir edə bilər. Daha sonra ictimaiyyətə bu barədə məlumat veriləcək", - deyə milli assosiasiya rəsmisi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü 10 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/2024 mövsümünün nəticələrinə uyğun
olaraq çempionatda sonuncu yeri tutan və ya lisenziya şərtlərinə cavab verməyən 1 komanda I Liqaya düşəcək. I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək yeri tutan 1 komanda Premyer Liqaya vəsiqə qazanacaq. 2024/2025 mövsümü AFFA İcraiyyə Komitəsinin qərarı ilə 12 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/24 mövsümündə Premyer Liqada sonuncu yeri tutan və ya lisenziya şərtlərini yerinə yetirməyən 1 komanda I Liqaya düşəcək, I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək 3 yeri tutan komanda Premyer Liqaya vəsiqə qazanacaq. Premyer Liqaya yüksələcək və Premyer Liqanı tərk edəcək komandaların sayı AFFA İcraiyyə Komitəsinin qərarı ilə dəyişdirilə bilər.

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

Futbol
Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür