Macarıstan çempionu olan azərbaycanlı voleybolçu: Nailiyyətlər asan əldə olunmur

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu: Nailiyyətlər asan əldə olunmur

Əlbəttə, bütün bunlar heç də asan başa gəlmədi, müəyyən çətinliklərlə, zədələrlə üzləşdik.

Bunu "Report"a açıqlamasında “Vaşaş” klubu ilə növbəti dəfə Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib.

Oyunçu bu il komanda olaraq qarşılarına qoyduqları hədəflərə nail olduqlarını bildirib: "Növbəti dəfə Macarıstan çempionatını və ölkə kubokunu qazandıq. Keçən il olduğu kimi, bu il də liqada və kubokda bütün matçlarda qalib gəldik və tarix yazdıq. Düşünürəm ki, avrokubokda çıxışımız da uğurlu alındı, qrup mərhələsini keçməklə Macarıstan voleybol tarixində bir ilkə imza atdıq. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni etdik. Çox şükür, məqsədimizə nail olduq".

Abduləzimova dördüncü dəfə Macarıstan çempionu olduğunu xatırladıb: "Həm də kuboku dördüncü dəfə əldə etdik. Bunun üçün də çox şadam. Artıq klub mövsümünü başa vurdum. Keçən ildən zədələrim var. Avropa çempionatından dərhal sonra klubla məşqlərə başladım, mövsüm boyu da zədəm müəyyən qədər oyunuma təsir etdi. Həkimlərin də köməyi ilə daha yaxşı oynamağa çalışdım. İndi bir qədər istirahət edib, sonra yenidən zədələrimin müalicəsi ilə məşğul olacağam".

Təcrübəli voleybolçu Azərbaycan millisi və çempionatı barədə də danışıb: "Bu turniri boş vaxtım olanda izləyirəm. Əvvəlki illərlə müqayisədə bu il liqamız daha güclü və maraqlı keçir. Pley-off mərhələsinə də imkan tapdıqca baxıram. Açığı, hansı komandanın çempion olacağı da bəlli deyil, hər bir komandanın şansı böyükdür. Yığma ilə hər zaman olduğu kimi Qızıl Avropa Liqasında yaxşı mübarizə aparmağa və uğurlu nəticə əldə etməyə çalışacağıq".

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır