Azərbaycan millisinin debütantı: Klubumla məsləhətləşdikdən sonra təklifi qəbul etdim

Azərbaycan millisinin debütantı: Klubumla məsləhətləşdikdən sonra təklifi qəbul etdim

Klubumla məsləhətləşdikdən sonra millinin təklifini qəbul etdim.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisi Rauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinə çağırılması barədə danışarkən deyib.

Eyni zamanda minifutbol çempionatında mübarizə aparan “İnter” komandasının formasını geyinən 35 yaşlı oyunçu yığma variantını düşündükdən sonra müsbət cavablandırdığını bildirib: “Milli komandadan təklif gəldi. Daha doğrusu, fikrimi soruşdular ki, minifutbol üzrə yığmada oynamaq istəyərsənmi? Açığı, məşqçi kimi işlədiyim üçün bu variant üzərində bir az düşündüm. Çempionatda da çıxış edirəm, yığmada oynamaq mənim üçün fərqlilik olacaq. Özümü bu millidə də sınamaq maraqlı gələcək. Böyük futboldan sonra minifutbol yığmasında çıxış etməyin necə hiss olduğunu zaman göstərəcək”.

Qeyd edək ki, Rauf Əliyev 2010-2018-ci illərdə futbol üzrə Azərbaycan millisinin heyətində 46 oyun keçirib, 7 qol vurub. O, aprelin 24-dən mayın 2-dək Monteneqroda keçiriləcək təlim-məşq toplanışı üçün minifutbol yığmasına cəlb olunub.

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Zirə"yə qalib gəlib

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub